ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Azərbaycana sifarişlə idxal edilən bəzi yeni avtomobillərin keyfiyyətinə dair narazılıqlar artır.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə bir vətəndaş tərəfindən paylaşılan görüntülərdə avtomobillərin təzə olduqları halda yararsız vəziyyətdə Çindən gəldiyi iddia olunur. Onun sözlərinə görə, maşının səsboğucu hissəsi paslanıb, digər detallarda da keyfiyyət problemləri mövcuddur.
Bu kimi hallar sosial şəbəkədə istifadəçilər arasında narahatlıq yaradıb. Belə ki, avtomobil bazarında qiymətlərin yüksək olduğu bir vaxtda xaricdən gətirilən yeni avtomobillərin nasaz çıxması həm alıcılara maddi zərər vurur, həm də istehlakçı hüquqlarının pozulmasına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, ölkəyə gətirilən bütün avtomobillər satışa buraxılmazdan əvvəl ciddi texniki yoxlamadan keçməlidir. Əks halda, belə vəziyyət sürücülərin təhlükəsizliyi üçün də risk daşıyır.
Qeyd edək ki, son dövrlərdə Çindən gətirilən avtomobillərin sayında artım müşahidə olunur. Lakin alıcılar əsasən bu avtomobillərin uzunömürlülüyü və keyfiyyəti ilə bağlı suallar qaldırırlar.
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.