AZ

Leyla Abdullayeva Fransanın yeni səfirini təbrik etdi

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Sofi Laquttu Fransanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Bakı ilə Paris arasında əlaqələrin inkişafına ümidvar olduğunu bildirib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə azərbaycanlı diplomat "X" hesabında yazıb.

"Hörmətli həmkarım Sofi Laquttu səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, birgə səylərimiz Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək", - deyə L.Abdullayeva vurğulayıb.

Seçilən
74
11
xezerxeber.az

10Mənbələr