Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artırılaraq 3628,1 milyon manata çatdırılıb. Sərf olunmuş vəsaitin 97,8 faizini pensiya xərcləri təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1103,3 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,6 faizi yaşa, 23,0 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.