AZ

Tramp, Zelenski və Putin arasında üçtərəfli görüş bu ölkələrdə baş tuta bilər

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə planlaşdırılan üçtərəfli sammitin Budapeştdə keçiriləcəyi gözlənilir.

Publika.az “Haber Global”a itinadla xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Putin barəsində həbs qərarı çıxarıldığı üçün sammitin keçiriləcəyi yerlərin sayı məhdudlaşdırılıb.

Bu vəziyyətdə Beynəlxalq Cinayət Məhkəməsinə imza atmadığı üçün ABŞ və ya Rusiyanın paytaxtı Moskva görüş yeri variantlarıdır. Lakin Moskva seçilərsə, Zelenskinin iştirak etmək istəməməsi səbəbindən sammitin baş tutmaması ehtimalı var.

Məlumata görə, Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanla telefon danışığında Budapeşt ehtimalını müzakirə edib.

Seçilən
40
1
publika.az

2Mənbələr