AZ

Min bir dərdin DƏRMANI – Kəlbəcər balını digərlərindən necə ayırd etmək OLAR? – VİDEOREPORTAJ

Dağlıq təbiətə malik Kəlbəcər rayonu zəngin bitki örtüyünə görə arıçılıq cəhətdən unikal imkanlara malikdir. Məhz bu səbəbdən işğaldan azad olunduqdan sonra xeyli sayda arıçı Kəlbəcərə üz tutub.

Bizim.Media-nın əməkdaşı həmin arıçılardan biri - Nürəddin Ələkbərovla həmsöhbət olub.

Əslən Kəlbəcərdən olan Nürəddin bəy işğaldan sonra Beyləqan rayonunda məskunlaşıb və orada arıçılıqla məşğul olub.
 

Son 2 ildir ki, o arılarını dədə-baba yurdu olan Kəlbəcərə aparır. N.Ələkbərovun təsərrüfatında 80-ə yaxın arı ailəsi var. Arılar payız-qış mövsümündə Beyləqanda, yaz-yay aylarında isə dağda saxlanılır.


Nürəddin bəy Kəlbəcər balının özəlliklərindən və qiymətindən söz açıb.

Daha ətraflı Bizim.Media-nın hazırladığı videoreportajda:



Leyla Vəfadar, Sadiq Məmmədov, Bizim.Media

 

Seçilən
49
5
bizim.media

10Mənbələr