“Çelsi”nin müdafiəçisi Renato Veyqa “Vilyarreal”a keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı portuqaliyalı artıq İspaniya klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Londonlular oyunçu üçün 40 milyon avro əldə etmək niyyətindədirlər.
Veyqa 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Yuventus”da keçirib. Ümumilikdə, o, bütün turnirlərdə 33 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Futbolçunun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin iyunun sonuna kimi qüvvədədir.