Goranboyda itkin düşən məktəbli tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində itkin düşən Səfikürd kənd tam orta məktəbin 11-ci sinif şagirdi, Ümid Azad oğlu İsayevin yeri Bakı şəhərində müəyyən olunduqdan sonra o, Goranboy rayonuna gətirilib və ailəsinə təhvil verilib.