AZ

Magistratura səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunanların elektron qeydiyyatı başlayır

Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesinə 21 avqust saat 11:00-da start veriləcək. 

Elm və Təhsil Nazirliyindən XQ-yə bildirilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. 

Elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da yekunlaşacaq. 

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt, “eManat” vasitəsilə nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün isə tələbələr portal.edu.az və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərlər.

Seçilən
101
16
xalqqazeti.az

10Mənbələr