AZ

MİQ üzrə müsahibə mərhələsinə start verildi

Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Bu barədə News24.az-a Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər 161 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 3957 nəfər dəvət edilib. İlk gün rus dili və ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrə müsahibələr təşkil olunacaq.

26 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.


Seçilən
75
32
news24.az

10Mənbələr