Belarusa səfər edən İran prezidenti Məsud Pezeşkian Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə "Mehr Agentliyi" məlumat yayıb.
Belarus prezidenti Aleksandr Lukaşenko bu görüşdə deyib: “İran və Belarus arasında qapalı və həll olunmayan məsələ yoxdur.
“Əllərimiz açıqdır və ərzaq tədarükündən tutmuş hərbi-texniki sahədə əməkdaşlığa qədər istənilən məsələni araşdıra bilərik”, - deyə Lukaşenko iki ölkə arasında qapalı bir məsələ olmadığını bir daha təkrar edib.