2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əhali tərəfindən 2 584,8 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çox təbii qaz istehlak edilib.
Bakues.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qaz istehlakının 36,8 faizi Bakı şəhərinin, 3,2 faizi Naxçıvan Muxtar Respublikasının, 11,6 faizi Abşeron-Xızı, 6,1 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,8 faizi Qazax-Tovuz, 5,7 faizi Mərkəzi Aran, 5,3 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,7 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,6 faizi Şirvan-Salyan, 2,4 faizi Dağlıq Şirvan, 0,1 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Xatırladaq ki, cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2025-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21 613,1 milyon kub metr təşkil edib.