ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səidə Bəkirqızı müğənni Aysun ismayılovanın həbsdə olan anasına görə etdiyi müraciətə fikir bildirib.
Yenisabah.az xəbər verir ki, aparıcı onun Prezidentə müraciətini tənid edib.
Səidə Bəkirqızı bildirib ki, 520.000 dolları məbləğində dələduzluq etmiş ana üçün müraciət etmək olmaz: Dominos pizza
“Rəqsanə İsmayılovanın Azərbaycan incəsənəti üçün misilsiz xidmətləri yoxdur. O, sadəcə müğənnidir. Amma kim olursa-olsun, Azərbaycan qadınının həbsdə olması, 4 övladının anasız qalması, əlbəttə, ağrılıdır. Lakin bir insan müğənnidirsə və övladları varsa, bu, onun dələduzluq edə biləcəyi anlamına gəlmir.
Aysunu yaxşı başa düşürəm və onun ağıllı qız olduğunu bilirəm. Ancaq bilməlidir ki, Prezidentə nəyə görə müraciət etmək lazımdır. Prezidentə, kiməsə qarşı 520 min dollar məbləğində dələduzluq etmiş ana üçün müraciət etmək olmaz. Anam belə etsəydi, müraciət etməzdim. Əgər günahsız yerə tutulubsa, başqa məsələ. Amma mütəmadi olaraq dələduzluqda adı hallanan bir ana üçün belə müraciət edilməməlidir”.
Aydan Hacı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.