Misli Premyer Liqasının ilk turunda 3 heç-heçə qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, bu, 10 illik fasilədən sonra ilk dəfə yaşanıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

İlk turun “Karvan-Yevlax” – “Qəbələ”, “Neftçi” – “Şamaxı” və “Zirə” – “Araz-Naxçıvan” matçlarında eyni hesabla - 1:1 heç-heçə qeydə alınıb.

Sonuncu dəfə 2015/2016 mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub.

Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/2013 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib.

Cari mövsümün I turunun keçirilən 5 oyununda 10 qol vurulub. Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidir. Sonuncu dəfə 2020/2021 mövsümündə bu rəqəm 2,00 olub.

Qeyd edək ki, I turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.