AZ

“Fənər” Neneni transfer etdi

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

“Cebheinfo.az”  xəbər verir ki, İstanbul təmsilçisi “Zalsburq”un sağ cinah hücumçusu Dorjeles Nene ilə müqavilə bağlayıb.

22 yaşlı malili futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. “Sarı-lacivərd”lilər bu transfer üçün bonuslar da daxil 18 milyon avro ödəyəcək.

Qeyd edək ki, “Fənərbaxça” bu il Con Duran, Milan Şkrinyar, Arçi Braun və Nelson Semedo kimi önəmli transferlərə imza atıb.

“Cebheinfo.az” 

Seçilən
34
2
cebheinfo.az

3Mənbələr