AZ

Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində 2 (iki) nəfər Banqladeş Xalq Respublikası vətəndaşı - 1985-ci il təvəllüdlü Mon Pabon Chandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Bildirilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Milli.Az

Seçilən
39
26
milli.az

10Mənbələr