AZ

Ötən il Azərbaycanda pnevmoniyadan ölən şəxslərin SAYI AÇIQLANDI

Ötən il Azərbaycanda pnevmoniyaya yoluxmada artım müşahidə olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən qeyd edilib.
 
Bildirilib ki, 2024-cü ildə ölkədə ilk dəfə pnevmoniya diaqnozu qeydə alınan xəstələrin sayı 64 227 (2023-cü ildə 58 min 507 nəfər) nəfər olub.
 
Bundan başqa, həmin şəxslərdən 32 234-ü kişi, 31 993-ü isə qadın olub. Eyni zamanda, xəstələrdən 13 362-si 3-13 yaş, 4 084-ü 14-17 yaş, 11 498-i isə 18-29 yaş aralığında olub. Həmçinin 30 və yuxarı yaşda isə 35 283 nəfər ötən il pnevmoniyaya yoluxub.
 
Həmin müddətdə ölkə üzrə pnevmoniyalardan ölənlərin sayı 425 (şəhər yerləri üzrə 224, kənd yerləri üzrə 201) nəfər təşkil edib.
 
2023-cü ildə isə ölkə üzrə bütün səbəblərdən ölənlərin ümumi sayı 60 150 nəfər təşkil edib ki, onlardan da 445 nəfəri pnevmoniya xəstəlikləri (ölənlərin ümumi sayına nisbətən 0.7 faiz) səbəbindən olub.
Seçilən
23
12
moderator.az

10Mənbələr