AZ

İspan klublarından ingilis klublarına etiraz

İspaniya La Liqasında çıxış edən bir sıra klub UEFA-ya müraciət ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, müraciətdə futbolçuların transfer qiymətlərinin həddən artıq şişirdilməsinə etiraz yer alıb.

“Sevilya”, “Xetafe” və “Real Sosyedad” kimi komandalar İngiltərə Premiyer Liqasında çıxış edən klubların futbolçulara yüksək bonservis qiyməti təyin etməsindən şikayətlənib. pizza mizza

İngiltərə Premiyer Liqasında digər liqalardan fərqli olaraq, yayım gəlirləri “hovuz” sisteminə əsaslanır. Bu sistemə əsasən, il ərzində turnirin bütün matçlarının yayım gəlirləri vahid formada toplanır və daha sonra komandalar liqada qərarlaşdıqları pilləyə görə gəlir haqqı qazanır.

Bu qayda ingilis klublarını olduqca varlandırdığı üçün, transfer bazarında ədalətsiz mühit formalaşdırır.


Telegram kanalımız
Seçilən
17
1
yenisabah.az

2Mənbələr