AZ

Böyük Britaniyada inflyasiya rekord səviyyəyə çatıb



İyulda Böyük Britaniyada inflyasiya son 18 ayda ən yüksək səviyyəyə çataraq 3,6 %-dən 3,8 %-ə yüksəlib.

aia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazır.

Böyük Britaniyanın xidmət sektorunda inflyasiya bir ay əvvəlki 4,7 %-dən 5 %-ə çatıb.

"İqtisadiyyat yüksək inflyasiya və zəif artım dövrü yaşayır. Bu vəziyyət gələn yaza qədər davam edə bilər", - “Deloitte”nin baş iqtisadçısı İen Stüart bildirib.

İngiltərə Bankı sentyabrda Böyük Britaniyada inflyasiyanın 4 %-ə çatacağını gözləyir ki, bu da hədəf göstəricisindən iki dəfə çox olacaq və 2027-ci ilin ortalarına qədər 2 %-dən yuxarı səviyyədə qalacaq.


aia.az



Seçilən
41
6
aia.az

7Mənbələr