AZ

Şəhriyar Məmmədyarovun iştirakı ilə yeniyetmələr üçün “ustad dərsləri” təşkil olunub

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə növbəti dəfə “ustad dərsləri" keçirilib.

“Report”un məlumatına görə, tədbir AŞF-nin inzibati binasında baş tutub.

Yeniyetmələr arasında respublika çempionatının qalib və mükafatçıları milli komandanın üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarovla görüşüblər.

Bir neçə partiyanı təhlil edən təcrübəli qrossmeyster uşaqların suallarını cavablandırıb və öz təcrübələrini bölüşüb.

Seçilən
20
2
report.az

3Mənbələr