AZ

Birinci Liqa: 2025/2026-cı illər mövsümünün püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan çempionatının (Birinci Liqa) 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi təşkil edilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Yeni mövsümdə də çempionat 10 komandanın iştirakı ilə keçiriləcək. Püşkə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcəklər:

1-ci tur

Zaqatala – Cəbrayıl
Şəfa – Şimal
MOİK – Şahdağ Qusar
Baku Sportinq – Difai
Səbail – Mingəçevir

Qeyd edək ki, yeni mövsümə sentyabrın 11-də start veriləcək.

Seçilən
27
arena.az

1Mənbələr