Saakaşvili yazıb ki, görüşün əsas mövzusu Ukraynaya ABŞ və Avropa tərəfindən veriləcək hərbi müdafiə zəmanətləri olub ki, bu da NATO-nun 5-ci maddəsinə bənzər qorunma təmin edir.
O qeyd edib ki, Putin Zelenski ilə görüşə razılaşıb, amma əslində başqa seçimi yoxdur, çünki Rusiya büdcəsi tarixdəki ən böyük kəsirə malikdir. Həmçinin, rus ordusu cəbhədə irəliləyə bilmir və Ukrayna hücuma keçib. Putin sadəcə müharibənin bitməsinin onun məğlubiyyəti kimi görünməməsinə çalışır.
Saakaşvili vurğulayıb ki, bütün bunlar Rusiyanın əsrlər ərzində yaşadığı ən böyük məğlubiyyətdir və regionumuzda böyük dəyişikliklərə səbəb olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31