525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İsrail səfiri Ronen Kraus Azərbaycanda xristian icmasının liderləri ilə görüş keçirib.
525.az xəbər verir ki, bu barədə İsrail səfirliyinin "X" hesabında məlumat verilib.
“Səfir Ronen Kraus Azərbaycanda xristian icmasının rəhbərləri ilə bir sıra görüşlər keçirib. Bu görüşlər ölkənin zəngin dinlərarası dialoq və qarşılıqlı hörmət ənənəsini bir daha nümayiş etdirib”, - məlumatda qeyd olunub.
Səfir Bakı və Azərbaycan yepiskopu Aleksiy, Mixail-Arxangel pravoslav kilsəsinin protoiyereyi Mefodi Əfəndiyev və Katolik Kilsəsinin Apostol Prefekturasında yepiskop Vladimir Fekete ilə görüşüb.
Tərəflər Azərbaycandakı katolik icmasının həyatı, ölkədə yüksək səviyyəli dinlərarası əməkdaşlığı və dövlətin Katolik Kilsəsinə göstərdiyi diqqət və qayğı ətrafında müzakirələr aparılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.