Rusiyada yanacaq qıtlığı səbəbindən qiymətlər artıb.
Bu haqda məlumatı Kommersant dərgisi yayıb.
Rusiyanın bir neçə iri neftayırma zavodunda aparılan təmir işləri bazara təklif olunan benzinin miqdarını azaltmaqla ölkədə benzin qıtlığına, bu da öz növbəsində birjada yanacağın topdan satış qiymətlərinin artmasına səbəb olur.
Vəziyyəti sabitləşdirmək üçün hökumət benzin ixracına qadağa qoyub və yanacaq bazarında gərginliyi azaltmaq üçün lazımi tədbirlər planlaşdırır. Lakin ekspertlər kənd təssərüfatında əkin-biçinlə bağlı işlərin artdığı bir zamanda yanacaq istehsalının həcmini artırmadan vəziyyətin düzəlməyəcəyini qeyd edir.