AZ

Azərbaycanda komanda yaradan xanım iş adamı: “Köməyə ehtiyacımız var” VİDEO

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Made in Azerbaijan" brendinin dünyada tanıdılmasını fəaliyyət sahəmizdə çox istəyirik. Bu istiqamətdə çətinliklərimiz var. "YaaRa" sevgi hekayəsidir və buradan yola çıxaraq işimizi sevgi ilə görərək, dünyaya sevgi ilə açılmaq istəyirik".

Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, bu açıqlama "YaaRa Tekstil"in təsisçi direktoru Yaqut Bayramovaya məxsusdur.

Azərbaycanda idman geyimlərinin istehsalı sahəsində yüksək keyfiyyət və dizayna görə fərqlənən şirkətin rəhbəri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya video-müraciət edib.

Bildirib ki, "YaaRa Tekstil"in yaradılmasından qısa müddət ötməsinə baxmayaraq, Azərbaycanda bir çox klubları, federasiyaları geyimlə təchiz edir və onları yarışlara yola saldığına görə qürur duyur: "Hazırda tekstil olaraq ən böyük hədəf daun sindromlu və autizmdən əziyyət çəkən uşaqlara dayaq durmaqdır.

Hörmətli Mehriban xanım! Köməyə ehtiyacımız var. Sizə müraciət edərək bildirmək istərdik ki, bir sıra klubları və federasiyaları geyimlə təchiz etsək də, beynəlxalq arenaya çıxdıqda onların xarici markalara üz tutmaları vətənpərvər olaraq məni kədərləndirir.

Sizə müraciət edərək, "Made in Azerbaijan" brendinin dünyada tanıdılmasını qeyd etdiyimiz istiqamətdə çox istəyirik. Səsimizə səs verəcəyinizə əminik və sizə dərin ehtiramımızı çatdırırıq".

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
2
sportal.az

3Mənbələr