AZ

Naxçıvanda quduz canavar avtomobillərə hücum etdi

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat yaylaq massivində quduzlaşmış canavarın avtomobillərə hücum etməsi hadisəsi qeydə alınıb. Hadisə Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu üzərində baş verib.

Referans  xəbər verir ki, sürücülər və yerli sakinlərin bildirdiyinə görə, canavar əsasən yolda hərəkətdə olan nəqliyyat vasitələrinə hücumlar edir.

Qeyd edilir ki, bir neçə vətəndaş canavarın avtomobillərə yaxınlaşaraq təcavüzkar davranışını mobil telefonla qeydə alıb.//Teleqraf

Seçilən
37
5
referans.az

6Mənbələr