AZ

Biləsuvarda 17 yaşlı yeniyetmə həmkəndlisini bıçaqladı

BİLƏSUVAR, 20 avqust. TELEQRAF

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 2008-ci il təvəllüdlü Kənan Abuzərli həmkəndlisi, 1966-cı il təvəllüdlü Azər Babayevi bıçaqlayıb.

Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan A. Babayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti hazırda qənaətbəxşdir.

İlkin məlumata əsasən, hadisə ailədaxili münaqişə zəminində baş verib. Qeyd olunur ki, yeniyetmənin bacısı, xəsarət yetirilən şəxsin gəlinidir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
101
7
teleqraf.com

10Mənbələr