AZ

SOCAR Türkiyəyə 7 milyard dollar sərmayə qoyacaq



SOCAR Türkiyəyə 18 milyard dollardan çox sərmayə qoyub.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz açıqlayıb.

Onun sözlərinə görə, qarşıdakı dövrdə 7 milyard dollarlıq yeni investisiya planlaşdırılır: "Azərbaycanın daha yüksək həcmdə təbii qaz təmin etməsi üçün investisiyalar və Türkmən qazının Azərbaycan və Türkiyə üzərindən ixracı qarşıdakı illərdə birgə atacağımız ən kritik addımlardan biridir.

Bu yaxınlarda Suriyada əməkdaşlığa başladıq. Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqli ölkələrimiz arasındakı güclü koordinasiya sayəsində mümkün oldu. Bundan başqa, Türkiyə ilə Azərbaycan arasında elektrik enerjisi əlaqəsinin gücləndirilməsi də strateji baxımdan əhəmiyyətli bir addım olacaq".

aia.az



Seçilən
39
2
aia.az

3Mənbələr