AZ

Misir Bieannalisi 12 il sonra geri qayıdır

Misirin ən önəmli incəsənət tədbirlərindən biri hesab olunan İsgəndəriyyə Biennalisi 12 illik fasilədən sonra gələn ilin sentyabrında 27-ci buraxılışı ilə yenidən keçiriləcək.

Kulis.az xəbər verir ki, bu geri dönüş onu yenidən qlobal mədəni hadisəyə çevirəcək.

Tədbirin kuratoru, rəssam Moataz Nasr sərginin adını “This Too Shall Pass” (“Bu da keçəcək”) qoyub.

Qeyd edək ki, əsas proqram çərçivəsində Aralıq dənizi regionundan 55 rəssamın əsərləri nümayiş etdiriləcək.

Seçilən
36
1
kulis.az

2Mənbələr