AZ

İlham Əliyev və Mehriban Əliyeva Gəncədə olublar – Fotolar + Yenilənib


Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində olublar.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısı və birinci vitse-prezident Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.
Bildirilib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə şəhərində bütün aidiyyəti qurumlar səfərbər olunub, genişmiqyaslı abadlıq-quruculuq, təmir-bərpa və tikinti işləri həyata keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən indiyədək 120-dən çox küçənin asfalt örtüyü yenilənib, əsaslı təmir işləri görülüb. Yenidənqurma işləri şəhərdəki bir neçə parkı da əhatə edib. Bütün bunlarla yanaşı, küçələrin işıqlandırılması, şəhərin müxtəlif yerlərində yeni yaşıllıqların salınması istiqamətində bir sıra işlər görülüb.
“Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin 637 yaşayış və qeyri-yaşayış binasının fasadı təmir edilib, 1159 binanın dam örtüyü və 49 küçədə, prospektdə işıqlandırma sistemləri, 62 ünvanda fasad işıqlandırılması yenilənib, 24 fəvvarədə təmir və bərpa işləri görülüb, 27 min kvadratmetr sahədə piyada yolları bərpa edilib.




***14:22
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərində olublar.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Seçilən
80
21
yeniavaz.com

10Mənbələr