AZ

Azərbaycanın ətriyyat və kosmetik vasitələrə idxal xərci 8,5 % artdı

BAKI, 20 avqust. TELEQRAF

Bu ilin ilk 7 ayında Azərbaycana 157 milyon 526.39 min ABŞ dolları dəyərində kosmetik vasitələr, efir yağları, ətir və tualet vasitələri idxal edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çoxdur.

Hesabat dövründə bu kateqoriyadan olan məhsulların idxalı ümumi idxalın 1.16 faizini təşkil edib.

Azərbaycandan xaricə ixrac olunan kosmetik vasitələr, efir yağları, ətir və tualet vasitələrinin dəyəri isə 727,93 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə ölkəyə toplam252 milyon 927,29 min ABŞ dolları dəyərində ətir, kosmetik vasitələr, efir yağları və tualet vasitələri idxal edilib.

Seçilən
19
teleqraf.com

1Mənbələr