AZ

Ayaq biləyi burxulmasına nə faydalıdır?

ain.az, Medicina portalına istinadən məlumat yayır.

Ayaq biləyinin burxulması gündəlik həyatda baş verən və ani hərəkətlər nəticəsində yaranan ümumi bir vəziyyətdir.

Medicina.az xəbər verir ki, ayaq biləyinin burulmasının ən bariz əlamətlərinə ayaq sümüyünün ətrafında ağrı və həssaslıq, yerimə zamanı artan ağrı, göyərmə və şişlik daxildir. Ağırlıq verildikdə və ya toxunduqda şiddətli ağrı da əhəmiyyətli bir simptomdur.

Burxulmanın şiddətini müəyyən etmək üçün sağlamlıq xidmətinə müraciət etmək vacibdir. Həkimlər əvvəlcə şişkinliyi aradan qaldırmağa çalışır və zədə əlamətləri üçün ayaq biləyini əl ilə yoxlayır. Lazım gələrsə, ultrasəs kimi qabaqcıl testlər həyata keçirilə bilər. Müalicə üsulu burxulmanın şiddətindən asılı olaraq müəyyən edilir.

Yüngül və ya orta dərəcəli burxulmalar üçün evdə bir neçə üsul tətbiq oluna bilər. Buz tətbiqi ən çox yayılmışdır. Buz paketi ağrı və şişkinliyi azaltmaqda təsirli olur. Ayağı yuxarı doğru tutmaq da şişkinliyi azaltmağa kömək edir. Elastik bantlardan istifadə edərək burxulan yerin bükülməsi də tövsiyə olunur.

Təbii müalicələrə zeytun, soğan və sarımsaq qarışığının burxulan yerə tətbiqi daxildir. İlıq qaynadılmış kələm yarpağının topuğun ətrafına bükmək də ağrıları azalda bilər. Alternativ olaraq, qızardılmış soğan və zeytun yağının qarışımı həmin nahiyəyə çəkilə bilər.

Ancaq şiddətli ağrı və ya şişkinlik hallarında həkimə müraciət etmək lazımdır. Əgər sınıqdan şübhələnirsinizsə və ya burxulma şiddətlidirsə, cərrahi əməliyyat lazım ola bilər ki, bu da sağalması daha uzun sürə bilər.

Aygün

Medicina.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
5
icma.az

6Mənbələr