AZ

Hümbət Musayev Əflatun Amaşovun MÜAVİNİ OLDU

“Respublika” qəzeti avqustun 18-dən fəaliyyətini dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Teleqraf.az”a qəzetin keçmiş baş redaktoru Hümbət Musayev məlumat verib.
 

Onun sözlərinə görə, fəaliyyətinə xitam verilən “Respublika” qəzetinin kollektivi bu həftədən “Xalq” qəzetinin redaksiyasına köçüb: “Mən burada baş redaktorun birinci müavini kimi çalışıram.


İşçilərimizin əksəriyyəti artıq “Xalq” qəzetinin əməkdaşıdır. Yalnız bir neçə nəfər könüllü şəkildə işdən ayrılıb”.
 

Keçmiş baş redaktor “Respublika”nın bütün əməkdaşlarının müxtəlif qurumlarda işlə təmin olunduğunu əlavə edib: “Bu həftədən hamı öz yeni iş yerindədir”.


Qeyd edək ki, “Respublika” qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi təsis olunmuşdu. Prezident İlham Əliyev bu il iyulun 7-də “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşdirilməsi barədə Fərman imzalayıb.

Bizim.Media

Seçilən
58
3
bizim.media

4Mənbələr