AZ

Putin qeyri legitim prezident adlandırdığı Zelenski ilə ikitərəfli görüş istəməklə, öz fikrindən geri çəkilir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Ağ Ev Putin, Tramp və Zelenskinin Budapeştdə görüşünü təşkil etməyi planlaşdırır". Bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Tramp administrasiyası Macarıstanın paytaxtını "sammit üçün əsas məkan" kimi görür. Qeyd olunur ki, ABŞ xüsusi xidmətləri artıq görüş üçün hazırlıqlara başlayıb.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vaşinqtonda Zelenski və Avropa liderləri ilə görüşən Tramp üçtərəfli görüşün keçirilməsi ilə bağlı Vladimir Putindən razılığı alandan sonra görüşün keçiriləcəyi məkanlarla bağlı müxtəlif fikirlər səsləndirilir və fikirlərdən biri ondan ibarətdir ki, görüş yeri kimi Budapeşt seçilsin.

Oqtay Qasımov

Donald Tramp və Vladimir Putin Budapeşt şəhərini niyə təklif edirlər?

Politoloqun fikrincə, çünki Viktor Orbanla hər ikisinin münasibətləri kifayət qədər yaxşıdır və məhz bu səbəbdən də hesab edirlər ki, Avropanın paytaxtlarından biri olan Budapeştdə bu görüşü keçirmək olar.

Oqtay Qasımov hesab edir ki, Zelenskinin bu təklifi qəbul edəcəyinə dair müəyyən şübhələr var, çünki Orbanın Ukrayna Rusiya savaşında tutduğu mövqe və Ukraynanın bağlı səsləndirdiyi iddialar Ukrayna ilə Macarıstan arasında kifayət qədər gərgin vəziyyət yaradıb. Politoloqun fikrincə, Zelenski bu variantı qəbul etməyərək digər variantlara üstünlük verəcək, çünki digər variant kimi İsveçrənin Cenevrə şəhəri göstərilir.

“Hətta bundan sonra Vladimir Putin əgər İsveçrəyə gələcəksə, İsveçrə hakimiyyəti ona sanksiya tətbiq etməyəcək, yəni onun həbs olunmayacağı ilə bağlı açıqlama verdi. Bundan başqa digər variantlar da ola bilər. Görüş yeri Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin İstanbul şəhəri ola bilər. Hər halda, bu yer məsələsi, hesab edirəm ki, bu formada həllini tapa bilər”-deyə politoloq bildirib.

“Üçtərəfli görüşə gəldikdə isə politoloq qeyd edir ki, üçtərəfli görüşə qədər Putin təklif edir ki, Zelenski ilə birgə görüş keçirsinlər. Bu məsələ də kifayət qədər maraqlı bir məsələdir. Putin hesab edir ki, Zelenski ilə ikitərəfli görüş keçirərkən müəyyən təzyiqlər etməklə öz istəklərini qəbul etdirməyə nail ola bilər. Məhz bu səbəbdən ikitərəfli görüş ön plana çıxarılır və ondan sonra üçtərəfli görüşün keçirilməsi məsələsi gündəmə gəlməlidir. Burada da maraqlı nüans ondan ibarətdir ki, Vladimir Putinin ikitərəfli görüşə razılıq verməsi həm də Putinin özünün müəyyən qədər Zelenski ilə bağlı fikirlərindən geri çəkilməsi kimi də dəyərləndirilə bilər. Belə ki, Putin indi Zelenskini "qeyri-legitim" prezident hesab etməkdədir. Təxminən 15 aydan artıqdır ki, atacağı imzanın etibarsız olacağı fikrini səsləndirməkdədir. Putin bu qərarla öz fikrindən müəyyən qədər geri çəkilmək məcburiyyətində qalır. Məhz bu da Trampın müəyyən qədər təzyiqləri sayəsində baş tutur”-deyə Oqtay Qasımov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
icma.az

1Mənbələr