İran müdafiə naziri Əziz Nasirzadə bildirib ki, ölkədə İsraillə 12 günlük hərbi eskalasiyadan sonra “yüksək texniki göstəricilərə malik” yeni raketlər istehsal olunub.
Editor.az xəbər verir ki, nazir bu barədə Müdafiə Sənayesi Günü münasibətilə keçirilən tədbirdə çıxış edərkən danışıb. Onun sözlərinə görə, müharibə zamanı illər əvvəl istehsal edilən raketlərdən istifadə olunub, lakin indi daha müasir və güclü texnologiyalar əsasında hazırlanmış silahlar ordu arsenalına daxil edilib.
“Bu gün biz əvvəlkilərdən xeyli üstün texniki parametrlərə malik raketlər yaratmışıq. İsrail tərəfindən mümkün təcavüz halında məhz həmin yeni raketlərdən istifadə olunacaq”, – deyə Nasirzadə vurğulayıb.
//Samir Qurbanov, Editor.az