AZ

Ağdam Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Bakı.Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialınıntəşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi iləAğdam Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə görüşkeçirilib.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bldirilib ki, görüşdə işğaldan azad olunmuş ərazilərimizə BöyükQayıdış proqramı çərçivəsində köçürülən sakinlərin məşğulluğununtəminatı istiqamətində görülən işlər diqqətə çatdırılıb. Buərazilərdə icra olunan məşğulluq proqramları barədə məlumatverilib, həmçinin mövzu üzrə təqdimat edilib. İşğaldan azad olunmuşərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün güzəşt vəimtiyazlardan bəhs olunub.

"Qarabağ və Şərqi Zəngəzura köçürülməsi planlaşdırılansakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərləəməkdaşlıq imkanlarına, əmək yarmarkalarında şirkətlərin aktiviştirakına dair məsələlər müzakirə edilib, suallarcavablandırılıb.

Sonda Agentliyin fəaliyyət istiqamətlərindən faydalananişəgötürənlərin fikirləri dinlənib"-məlumatda qeyd olunub

Ağdam
Seçilən
41
8
az.trend.az

9Mənbələr