16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində təşkil olunan Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb.


Rekord.az xəbər verir ki, yığmamız İsveç seçməsi ilə üz-üzə gəlib.


Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 87:54.


Azərbaycan millisi avqustun 22-də Niderland, 24-də Slovakiya, 25-də isə Lüksemburq ilə qarşılaşacaq.