AZ

Təbii sərvətlərimiz elə ölkə daxilində əlavə dəyərə çevrilir



Bu gün cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak etdilər.
İqtisadi baxımdan bu müəssisənin əsas əhəmiyyəti ondadır ki, təbii sərvətlərimiz elə ölkə daxilində əlavə dəyərə çevrilir. Azərbaycanın eyeraltı sərvətləri yalnız neft və qazla məhdudlaşmır, ölkəmiz faydalı qazıntılar baxımından da çox zəngindir. Bu sərvətlərin xammal kimi satılması yox, hazır məhsula çevrilməsi daxili bazarı gücləndirir və ixrac imkanlarını artırır. Eyni zamanda, ekoloji cəhətdən təmiz və dayanıqlı istehsal modeli uzunmüddətli iqtisadi sabitlik yaradır və Azərbaycanın dəyər zəncirində mövqeyini möhkəmləndirir.
Amma belə müəssisələrin fəaliyyətində risklər də var. Bazar tələbinin dəyişməsi, texnoloji proseslərin davamlılığı, ekoloji standartların pozulması, ən əsası isə inzibati və bürokratik maneələrin yaranması belə müəssisələrin dayanıqlığı üçün əsas risklərdən hesab iolunur. Əgər bu risklər düzgün idarə olunarsa, dövlətin sonrakı mərhələlərdə həddindən artıq müdaxiləsi deyil, dəstəkçi və müşayiətçi rolu qorunarsa, sahibkara sərbəst qərar vermək və bazar oyunçusu kimi davranmaq imkanı yaradılarsa, bu cür layihələr daha dayanıqlı olar və iqtisadiyyata real töhfəsini verər.

Eldəniz Əmirov
Seçilən
82
1
newscenter.az

2Mənbələr