AZ

ABŞ Hərbi Dəniz Qüvvələri Çinlə mübarizə üçün pilotsuz dəniz qayıqlarının donanmasını yaradır

ABŞ artıq pilotsuz dəniz qayıqlarının sınağına başlayıb.

APA xəbər verir ki, bu haqda məlumatı “Reuters” agentliyi yayıb.

Agentlik xəbər verir ki, ilk sınaqlar uğursuz olub. Kaliforniya sahillərində baş tutan sınaq zamanı bir avtonom qayığın mühərriki sönüb, digəri isə gəminin gövdəsinə çırpılıb və suya düşüb.

Qeyd edilib ki, ABŞ hərbçiləri Ukraynanın təcrübəsindən ilhamlanıblar. Belə ki, Ukraynanın dəniz dronları faktiki olaraq Rusiya Qara Dəniz donanmasının bir hissəsini neytrallaşdırmağa müvəffəq olublar. Ukraynalıların istehsal etdirdiyi dronlar təxminən 250 min dollar dəyərindədir və uzaqdan idarə olunur, ABŞ isə tamamilə avtonom bir dron sürüsünü yaratmağa çalışır. Hər bir pilotsuz qayıq isə milyonlarla dollar dəyərində qiymətləndirilir.

Seçilən
36
4
apa.az

7Mənbələr