“Mançester Siti” müdafiəçisi Manuel Akanjinin transfer qiyməti ilə bağlı ”Qalatasaray”la fikir ayrılığına düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu 30 yaşlı futbolçu üçün 15 milyon funt-sterlinq təklif edib, “şəhərlilər” isə 18 milyon funt-sterlinq tələb edir.
“Qalatasaray”ın bu gün Akanjinin agenti ilə danışıqlar aparacağı gözlənilir.