ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu barədə “o bir savaş qəhrəmanıdır” ifadəsini işlədib.
Gundem.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp iştirak etdiyi radio proqramında “Netanyahu yaxşı insandır, orada mübarizə aparır, onu həbs etmək istəyirlər, amma o bir müharibə qəhrəmanıdır” deyib.
Öz rolunu da qeyd edən Tramp əlavə edib: “Mən də müharibə qəhrəmanıyım, çünki o təyyarələri göndərdim”.
Trampın bu sözləri geniş tənqidə səbəb olub. Demokratlar ABŞ prezidentinin heç bir döyüşdə iştirak etmədiyini vurğulayıblar. Qeyd edək ki, Tramp əvvəllər Vyetnam qazisi Con Mekein haqqında oxşar tənqidi fikirlər səsləndirib.