AZ

Azərbaycana iki milyondan çox Rusiya vətəndaşı gəlib - Dövlət Komitəsi

2022-ci ilin martından bu ilin iyul ayına kimi Azərbaycana 2 milyon 176 min 436 Rusiya və Ukrayna vətəndaşı gəlib.

Ölkə.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkəyə gələnlərin 2 milyon 67 min 278-i Rusiya, 109 min 158-i isə Ukrayna vətəndaşları olub .

Bununla yanaşı, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 314 min 549 nəfər, Ukrayna vətəndaşlarının sayı isə 17 min 138 nəfər təşkil edib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

Seçilən
80
23
olke.az

10Mənbələr