AZ

Sumqayıtda içməli suyun verilməsində müvəqqəti fasilə olacaq

Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsindən bildirilib.

Avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K. Kərimov küçəsi) və St Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Aidiyyəti qurumlar vətəndaşlardan anlayışlı olmalarını xahiş ediblər.

Seçilən
31
30
avtosfer.az

10Mənbələr