AZ

Belarus İran vətəndaşlarına viza tələbini ləğv etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko İran vətəndaşlarının bu ölkəyə səfəri üçün viza rejiminin ləğv edilməsi barədə göstəriş verib.

Moderator.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Bununla bağlı, İranın mədəni irs, turizm və sənətkarlıq naziri Rza Salehi Əmiri məlumat yayıb.

Nazirin sözlərinə görə, bu qərar İranla Belarus arasında turizm əlaqələrini möhkəmləndirmək və iranlı turistlərin bu ölkəyə səfərini asanlaşdırmaq məqsədi daşıyır.

Seçilən
41
4
moderator.az

5Mənbələr