AZ

Peşə təhsil müəssisələrində işləmək istəyənlərin diqqətinə

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

2025-2026-cı tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb.

Bu barədə Globalinfo.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, test imtahanı mərhələsində uğur qazanaraq keçid balını toplamış namizədlər 25 avqust tarixinədək portal.edu.az elektron müraciət sistemi vasitəsilə onlayn formada 8 vakant yer seçə bilərlər. Test imtahanının nəticələrinə əsasən, ümumilikdə 850 namizəd vakansiya seçiminə buraxılıb.

Qeyd olunub ki, müsabiqənin nəticələrinə uyğun olaraq seçilən namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizələrində göstərdikləri seçim ardıcıllığı nəzərə alınmaqla 15 sentyabr tarixinədək həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
18
globalinfo.az

10Mənbələr