AZ

ABŞ BCM-in həmin əməkdaşlarına sanksiya tətbiq etdi

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin dörd yüksək vəzifəli məmuruna qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin saytındakı bəyanatında deyilir.

Sanksiyalar BCM-in hakimləri Kimberly Prost və Nikolas Qiyu, həmçinin Vaşinqtonun İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verməkdə ittiham etdiyi prokuror müavinləri Nazhat Şamim Xan və Mame Mandiaye Nianqı hədəf alıb.

Sanksiyalara adları çəkilən şəxslərin ABŞ-dəki bütün əmlak və aktivlərinin bloklanması, həmçinin Amerika vətəndaşları və şirkətləri tərəfindən onlarla hər hansı sövdələşmənin qadağan edilməsi daxildir.

Seçilən
20
2
qafqazinfo.az

10Mənbələr