Qadın güləşçimiz Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, Günay Qurbanova (59 kq) üçüncü yer uğrunda görüşdə kanadalı Ella Findinqə 4:1 hesabıyla qalib gələrək fəxri kürsüyə yüksəlib.
Qeyd edək ki, qadın güləşçilərimizdən Ruzanna Məmmədova (62 kq) mundialın finalına adlayıb. O, sabah həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta