Tramp vəzifəyə gəldikdən sonra 100 milyon dollarlıq istiqraz alıb.
Bu barədə “Reuters” maliyyə sənədlərinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, o, yanvarın 21-dən indiyədək qiymətli kağızların alınması ilə bağlı 600-dən çox maliyyə əməliyyatı həyata keçirib.
Trampın əsasən korporativ, dövlət və bələdiyyə istiqrazları aldığı bildirilir. Ancaq aparılan hər əməliyyatın dəqiq məbləği açıqlanmır.
Məsələn, Amerika lideri Citigroup, Morgan Stanley, Meta, Qualcomm və bir sıra digər şirkətlərin korporativ istiqrazlarını, eləcə də ABŞ-ın şəhər, ştat və qraflıqları tərəfindən buraxılan analoji qiymətli kağızları alıb.
Agentlik bildirib ki, alınan istiqrazlar Tramp administrasiyası dövründə ABŞ siyasətindəki dəyişikliklərdən faydalana biləcək emitentlər sırasındadır.//Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta