AZ

Həbsdə olan Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib

Həbsdə olan vəkil Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub. VK-nın məlumatında bildirilib ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

APA-nın əldə etdiyi məlumata görə, fəaliyyətinə xitam verilən vəkil həbsdə olan Adəm Məmmədovdur.

Bundan başqa, yol verdikləri intizam pozuntularına görə 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib, 5 vəkilə irad tutulub.

Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.

Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, məhkəmə C. Yusifovun müraciəti əsasında A. Məmmədovun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə, vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27.11.2024 tarixdən 1 illik dayandırılmışdı.

Bakı Apellyasiya Məhkəməsi Adəm Məmmədovla bağlı qərarı qüvvədə saxlayıb.

Seçilən
40
5
nocomment.az

6Mənbələr