AZ

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm hissəsi olacaq - Abdulkadir Uraloğlu

Bakı. TurkicWorld:

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də baş tutacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

A.Uraloğlu bildirib ki, bu xətt Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin mühüm hissəsi olacaq.

Nazir bildirib ki, Qars-Iğdır-Aralık-Dilucu dəmir yolunun uzunluğu 224 kilometr təşkil edəcək. O əlavə edib ki, bu dəmir yolu xətti ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq gücündə olacaq.

"Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni, fasiləsiz dəmir yolu əlaqəsi təmin ediləcək. Eyni zamanda, Şərqi və Cənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara daha tez çatacaq, Aralıq dənizinin turizm potensialı artacaq", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Cənubi Qafqazda iqtisadi əməkdaşlığı artıracaq Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha səmərəli fəaliyyət göstərəcək.

Seçilən
28
2
turkic.world

3Mənbələr