Azərbaycanda 2025-ci ilin II rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 2025-ci ilin I rübü ilə müqayisədə 100,2 faiz, o cümlədən yerüstü tikililər üzrə 100,1 faiz, yol və körpü tikintisi üzrə isə 100,5 faiz təşkil edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin eyni dövründə yaşayış evləri üzrə qiymət indeksi isə 101,1 faizə bərabər olub. pizza hut
Digər tikinti-quraşdırma işləri üzrə istehsalçı qiymət indeksləri isə aşağıdakı kimidir:
Telegram kanalımız